Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib.
Kişi şahmatçılarımız V turda Ermənistan şahmatçıları ilə qarşılaşacaq. Hər iki komanda ilk 4 turda qələbə qazanıb və aktivində 8 xal var. Lakin əlavə göstəricilərə görə millimiz turnir cədvəlində 1-ci, Ermənistan isə 7-ci sırada qərarlaşıb.
Qadın şahmat millimiz isə növbəti turda Yunanıstanla qarşılaşacaq. Bu komandamız ilk 4 turdan sonra 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, kişilərdən ibarət millimiz dünya reytinqində 4-cü, qadınlar isə 11-cidi.
Fanat.Az