Azərbaycan millisi dünya üçüncüsü oldu

Azərbaycan millisi dünya üçüncüsü oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisi mundialı 1️ qızıl, 2️ gümüş və 1️ bürünc medalla başa vurub.

Yekunda 1️0️0️ xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. İran (158) birinci, Yaponiya (102) isə ikinci yeri tutub.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Maqomed-Başir Xaniyev (70 kq) qızıl, Ruslan Abdullayev (61 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər