Azərbaycan millisi Dünya Kubokunun finalında

Azərbaycan millisi Dünya Kubokunun finalında

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Fanat.Az xəbər verir ki, komandamız B qrupunda gərgin keçən qarşılaşmada Dünya yığmasına qalib gəlib.

Görüş 5:5 hesabı ilə başa çatdığı üçün əlavə göstəricilərə baxılıb. Burada daha üstün olan Azərbaycan millisi həlledici mərhələyə vəsiqə qazanıb.

Yığma qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək.

Dünya Kuboku

Dünya yığması - Azərbaycan - 5:5

55 kq

Nuqzari Tsurtsumia (Gürcüstan) - Eldəniz Əzizli - 0:9

60 kq

Aydos Sultangali (Qazaxıstan) - Murad Məmmədov - 4:1

63 kq

Leri Abuladze (Gürcüstan) - Taleh Məmmədov - 1:1 (sonuncu xal prinsipi ilə azərbaycanlı güləşçi qalib gəlib)

67 kq

Coni Xetsuriani (Gürcüstan) - Həsrət Cəfərov - 0:5

72 kq

Andrey Kulik (Ukrayna) - Ülvi Qənizadə - 7:1

77 kq

Zoltan Levai (Macarıstan) - Sənan Süleymanov - 1:8

82 kq

Jalqasbay Berdimuratov (Özbəkistan) - Rafiq Hüseynov - 1:3

87 kq

Aleks Kessidis (İsveç) - Murad Əhmədiyev - 3:2

97 kq

Nikoloz Kaxelaşvili (İtaliya) - Arif Niftullayev - 5:1

130 kq

Mantas Knistautas (Litva) - Sabah Şəriəti - 5:1

Qeyd edək ki, Dünya Kubokunda medal görüşləri noyabrın 6-da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər