Azərbaycan millisi Dünya Kuboku və dünya çempionatında 29 medal qazandı

Azərbaycan millisi Dünya Kuboku və dünya çempionatında 29 medal qazandı

Azərbaycan millisi Tatarıstanda keçirilən kəmər güləşi üzrə Dünya Kuboku və dünya çempionatında 29 medal qazanıb.

Fanat.Az Azərbaycan Milli İdman Növləri Assosiasiyasına (AMİNA) istinadən xəbər verir ki, idmançılar kəmər güləşi koreş (klassik), kəmər güləşi koreş (çimərlik), kəmər güləşi Qırğız kuroş (sərbəst) üzrə dünya çempionatları, eləcə də belboğlı kuraş (özbək güləşi) üzrə Dünya Kubokunda mübarizə aparıblar.

Yarışlarda dünyanın 32 ölkəsindən 350-dən çox idmançı müxtəlif çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb. Yığma üzvləri 4 qızıl, 13 gümüş və 12 bürünc medal əldə ediblər.

Bundan əlavə, Azərbaycan millisi kəmər güləşi koreş (klassik) üzrə dünya çempionatında komanda hesabında ikinci olub.

Qeyd edək ki, yarışlar iyunun 25–29-da keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər