Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandı

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, səfərdə Andorra ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3:1 hesablı qələbə qazanıb.

Yığmanın heyətində Sevinc Cəfərzadə (15, 51) dubl müəllifi olub. Esra Manya (90+5) isə millinin üçüncü qolunu vurub.

Qarşılaşma "Andorra la Vella" stadionunda keçirilib.

Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.

Xatırladaq ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər