Kişi voleybolçular ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirilib.
Fanat.Az xəbər verir ki, komandamız III turda çərçivəsində Danimarka yığmasının qonağı olub. Görüş Fərid Cəlalovun yetirmələrinin məğlubiyyəti ilə başa çatıb - 0:3.
Bu məğlubiyyət Danimarkanın turnir cədvəlində Azərbaycanı qabaqlaması ilə nəticələnib.
Qrupumuzun digər görüşündə isə lider Rumıniya autsayder Gürcüstana "quru hesabla" - 3:0 hesabı ilə qalib gəlib.
Təmsilçimiz IV turda səfərdə Rumıniya ilə üz-üzə gələcək. Matç iyunun 8-də olacaq.
Gümüş Avropa Liqası
B qrupu
III tur
Danimarka - Azərbaycan 3:0 (25:23, 25:11, 25:19)
Hakimlər: Alekses Barrasa (İspaniya), Endborq Marten (Danimarka)
Fanat.Az