Azərbaycan millisi bu gün İsveç yığması ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün İsveç yığması ilə qarşılaşacaq

Azərbaycanın futzal millisi bu gün AÇ-2026-nın əsas mərhələsində növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda 5-ci tur çərçivəsində İsveçin qonağı olacaq.

"Helsinqborq Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı Əsas mərhələ, 5-ci qrup 11 aprel

21:00. İsveç – Azərbaycan Hakimlər: Peter Nurse, Cordan qriffits, Oliver Rodrigez-Ballinger (İngiltərə) Helsinqborq Arena

Qeyd edək ki, 5-ci qrupda Xorvatiya 12 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, İsveç 1 xalla sonuncu - dördüncü yerdə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər