Azərbaycan millisi Bakıda son məşqə çıxdı

Azərbaycan millisi Bakıda son məşqə çıxdı

Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatı ərəfəsində Bakıda son məşqinə çıxıb.

Fanat.Az xəbər verir ki, “Azfar Group”un Böyükşor stadionunda baş tutan hazırlıq prosesində 15 futbolçu iştirak edib. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq AÇ-2022-nin final mərhələsi iyunun 4-də start götürəcək. Azərbaycan yığması İspaniya, Rumıniya və Albaniya seçmələri ilə birlikdə B qrupunda çıxış edəcək. Elşad Quliyevin baş məşqçi olduğu kollektiv ilk oyununu iyunun 4-də Rumıniyaya qarşı keçirəcək.

Komanda iyunun 1-dən 2-nə keçən gecə Koşitseyə yola düşəcək. Millimiz Avropa çempionatının startı ərəfəsində Slovakiyada bu ölkənin yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər