Azərbaycan millisi Avropa çempionu oldu

Azərbaycan millisi Avropa çempionu oldu

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunun qalibi olub. Fanat.az xəbər verir ki, San-Marinoda keçirilən yarışın final matçında yığmamız Andorraya qalib gəlib.

 

Son çempionla qrupda da üz-üzə gələn Tahir Baxşıyevin yetirmələri ilk matçda aldığı 59:69 hesablı məğlubiyyətin əvəzini finalda çıxmağa müvəffəq olub. Belə ki, ilk üç hissədə rəqibindən güclü olan millimiz 74:57 (12:11, 20:13, 19:8, 23:25) hesabı ilə qalib gəlib.

 

Bu qələbədə ən çox pay sahibi olan Endar Poladxanlı 24 xal toplayıb. O və komanda yoldaşlarının səyə nəticəsində C divizionunda Avropa çempionu olan millimiz turnirdə keçirdiyi 5 oyunda ardıcıl 4-cü qələbə ilə bu uğura imza atıb.

 

Qeyd edək ki, qrupda Andorra (59:69), Cəbəllütariq (89:54), Monako (79:61) ilə qarşılaşan komandamız yarımfinalda Kosovodan güclü olub – 77:66.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər