Azərbaycan millisi Avropa çempionatına 4 idmançı ilə gedir

Azərbaycan millisi Avropa çempionatına 4 idmançı ilə gedir

Cüdo üzrə Azərbaycan millisi Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında iştirak edəcək.

Fanat.Az xəbər verir ki, komandanın heyətində dörd idmançı yer alacaq.

Onlar bir neçə istiqamətdə texnika nümayiş etdirəcəklər. İştirak ərizəsinə İsmayıl Rzayev, Samir İsmayılov, Rafiq Nəcəfov və Seymur Məcidli daxildir.

Qeyd edək ki, mayın 31-dən iyunun 1-dək keçiriləcək yarışda 22 ölkədən 332 cüdoçu çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər