Azərbaycan Fiqurlu Konkisürmə Federasiyası amerikalı idmançını milliləşdirib.
Fanat.Az 14 yaşlı Beverli Vuden Azərbaycan millisində çıxış edəcək. Yeniyetmə idçançı fevralın 20-23-ü tarixlərində İsrailin Elat şəhərində keçiriləcək "Open Ice Mall Cup” turnirində ölkəmizi təmsil edəcək.
Azərbaycan millisi 20 ölkənin iştirak edəcək yarışa daha üç legionerlə qatılacaq. Bunlar 15 yaşlı rusiyalı Yekaterina Ryabova, 18 yaşlı Vladimir Litvintsev, eləcə də 20 yaşlı amerikalı Morqan Fladdı,
Qeyd edək ki, Beverli Vuden ötən il ABŞ-da Olimpiya medalı qazanmağa namizəd hesab olunurdu.
Fanat.Az