Azərbaycan millisi Albaniya ilə bacarmadı 

 Azərbaycan millisi Albaniya ilə bacarmadı 

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirib.

Fanat.Az xəbər verir ki, yığma Macarıstanda Albaniya seçməsi ilə üz-üzə gəlib.

“Haladas SportKomplexum”dakı qarşılaşma Albaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.

Beynəlxalq yoldaşlıq görüşü 7 iyun

Albaniya - Azərbaycan 3:1 

Qollar: Nedim Bayrami, 12. Rey Manay, 81. Qazim Laçi, 87 - Muda Qurbanlı, 90+1. Hakim: Mihali Kaprali (Macarıstan). Sombatxey. “Haladas SportKomplexum”

Albaniya: Tomas Strakoşa, Elseid Hüsay, Arlind Ayeti, Berat Cimsiti, Mario Mitay, Kristyan Aslani, Yulber Ramadani, Nedim Bayrami, Yasir Asani, Armando Broya, Taulyant Seferi

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər