Azərbaycan millisi AÇ-ni darmadağınla başa vurdu

Azərbaycan millisi AÇ-ni darmadağınla başa vurdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə İsveçrə ilə qarşılaşıb.

Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutan görüş millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparan Azərbaycan millisi 4 xalla sonuncu pillədə qərarlaşıb.

Avropa çempionatı  Seçmə mərhələ 16 iyul

İsveçrə - Azərbaycan 3:0 Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova (hamısı Slovakiya). Lozanna, "Olimpik De La Pontez" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər