Yeni mövsümə hazırlaşan AZAL ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Tərlan Əhmədov yetirmələrini "Rəvan"la oyunda sınayıb.
Oyun Premyer Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. AZAL-ın heyətində Aydın Qasımov və Orxan Səfiyaroğlu fərqlənib. Daha bir qolu isə "Rəvan"ın futbolçusu Anar Həsənov öz qapısına vurub.
Qeyd edək ki, AZAL ilk yoxlama matçında tələbə yığmasını 3:0 hesabı ilə yenmişdi.
Fanat.az