AZAL İran yığmasına qarşı

AZAL İran yığmasına qarşı
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Türkiyənin Bolu şəhərində keçirən AZAL dünən növbəti məşqinə çıxıb. Fanat.az xəbər verir ki, yerli vaxtla səhər saatlarında baş tutan hazırlıqda futbolçular həm fiziki, həm də toplu məşqlər keçib. 
Yüngül isinmə hərəkətlərindən sonra 10-a yaxın "stansiyada" fiziki təmrinlər yerinə yetirilib. Ardından növbə toplu çalışmalara çatıb. Komanda üzvləri kiçik ölçülü qapılarla ikitərəfli matç da keçirib. Məşqin sonunda isə futbolçular iki-iki əl-ələ tutub bir oyunçu kimi mübarizə aparıb.
Bu arada iyulun 28-nə qədər Boluda qalacaq və 5 yoxlama görüşü keçirəcək AZAL-ın bütün rəqibləri müəyyənləşib. "Təyyarəçilər" ilk oyununu bu gün İranın 21 yaşadək futbolçulardan ibarət yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
İyulun 20-də "Mersin İdman Yurdu" ilə qarşılaşacaq AZAL 3 gün sonra Super Liqaya vəsiqə qazanmış "Balıkesirspor"la üz-üzə gələcək. Bakı klubunun iyulun 25-də rəqibi Super Liqadan PTT 1-ci liqaya düşmüş “Antalyaspor” olacaq. AZAL son oyununu Gürcüstanın I divizion təmsilçisi "Kolxeti 1913"ə qarşı keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər