AZAL İran yığması ilə sülh bağladı

AZAL İran yığması ilə sülh bağladı
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, Qızılcahamam stadionunda İranın U-21 milli komandası ilə qarşılaşan "təyyarəçilər" heç-heçə edib.
 
Baş məşqçinin düşərgədə olan yeni futbolçuları sınadığı görüşdə iranlılar 2 qolla üstünlük əldə etsə də, AZAL təslim olmayıb və bərabərliyə nail olub. "Təyyarəçilər"in qollarını 38-ci dəqiqədə baxışda olan Cimmi Duqlas və 53-cü dəqiqədə kapitan Rəşad Abdullayev vurub.
Yoxlama oyunu
18 iyul
AZAL (Azərbaycan) - İran (U-21) 2:2
Qollar: Cimmi Duqlas, 38. Rəşad Abdullayev, 53.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər