AZAL Boluda başladı

AZAL Boluda başladı
Yeni mövsümə hazırlığını davam etdirən AZAL təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyənin Bolu şəhərinə yollanıb. Fanat.az xəbər verir ki, dünən səhər saatlarında yola çıxan komanda üzvləri günorta saatlarında məskunlaşacağı otelə çatıb. 
“Təyyarəçilər” “Koru” otelini məskən seçib. AZAL qardaş ölkədə ilk məşqinə də çıxıb. Yerli vaxtla 18.30-da başlayan və təxminən saatyarım davam edən hazırlıq “Koru” otelinin meydançasında baş tutub. 
Baş məşqçi Tərlan Əhmədov futbolçuları çox "yükləməyərək" yüngül məşq və təmrinlərlə kifayətlənib. Xoş ab-havada keçən məşqdə hətta baş məşqçi və köməkçiləri - Vadar Nuriyevlə Mais Əzimov da “kvadratlar” zamanı futbolçularla birgə oynayıb. Sabaha "təyyarəçilər"in iki məşqi nəzərdə tutulub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər