Avropanın ən yaxşısı adına 10 namizəd

Avropanın ən yaxşısı adına 10 namizəd
UEFA 2013/14 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri  müəyyənləşdirib. Fanat.az xəbər verir ki, siyahıda "Bavariya"nın 4 futbolçusunun adı var.
 
İlk mərhələdə 10 futbolçu mübarəzə aparacaq. Səsvermədən sonra 3 oyunçu qalacaq. Avqustun 28-də, Çempionlar Liqasının 2014/15 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində mükafatın sahibi müəyyənləşəcək.
 
Qeyd edək ki, əvvəllər bu mükafata Lionel Messi, Andres İnyesta və Frank Riberi layiq görülüb.
 
Dieqo Kosta ("Atletiko"//"Çelsi")
Anxel Di Mariya ("Real")
Ceyms Rodriqes ("Monako")
Filip Lam ("Bavariya")
Lionel Messi ("Barselona")
Tomas Müller ("Bavariya")
Manuel Noyer ("Bavariya")
Aryen Robben ("Bavariya")
Kriştiano Ronaldo ("Real")
Luiz Sures ("Liverpool"//"Barselona")
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər