Avropa superfinalı: Azərbaycan millisi məğlub oldu

Avropa superfinalı: Azərbaycan millisi məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa superfinalında keçirdiyi növbəti oyunda uduzub.

Fanat.Az xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçisi olduğu komanda ikinci görüşdə Rumıniya ilə bacarmayıb.

Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan yığmasının qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.

Milli ötən gün Türkiyəni məğlub etmişdi. Sentyabrın 21-də isə rəqib İsveçrə yığması olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər