Azərbaycan millisinin yeni baş məşqçisi olacağı böyük ölçüdə bilinən Robert Prosineçki artıq öz köməkçisini də müəyyənləşdirib. Təbii ki, əsas köməkçisini özü ilə Xorvatiyadan gətirəcək.
Fanat.az rekord.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis hazırda millidə çalışan Aslan Kərimov və Mahmud Qurbanovla bağlı da müəyyən mənada qərarını verib.
Deyilənə görə, o, AFFA rəhbərliyi ilə söhbətdə bildirib ki, bir müddətlik bu iki şəxsi millidə saxlamaq istəyir. Ancaq sonrakı gedişat Aslanla Mahmudun Prosineçkinin tələblərini nə cür qarşılamalarından asılı olacaq. Xorvaiyalı bu iki şəxsin işindən razı qalsa, onlarla yeni müqavilələr bağlanacaq. Yox, razı qalmasa hər ikisi ilə yollar ayrılacaq və Prosineçki ona təklif olunacaq yeni yerli məşqçiləri nəzərdən keçirəcək.
Fanat.az