"Rusiya yığmasına qalib gəlsək, bu, sensasiya sayılmayacaq. Çünki istənilən rəqiblə oynaya bilərik". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Aslan Kərimov deyib.
Bu gün keçirilən mətbuat konfransına qatılan Kərimov yığma üzvlərinin güclü çempionatlarda oynamasını istədiklərini bildirib: "Millinin üzvlərinin ustalıq baxımından güclü çempionatlarda oynamasını istərdik. Futbolçularımız Rusiyada oynasa, bizim üçün də rahat olar".
Millinin məşqçisi Rusiya ilə oyunda heyətdə dəyişikliklərin olacağını bildirib: "Ruslar bizdən təcrübə baxımından üstündü. Bizim üstünlüyümüz isə doğma meydanda oynamağımızdı. Bəlkə də motivasiya baxımından bizim qələbəmiz daha vacibdi. Heyətdə bəzi dəyişikliklər olacaq. Bu, Rasim Ramaldanovla bağlıdı. O, oyunu buraxacaq. Bundan başqa, digər səbəblərdən də heyətdə dəyişikliklər olacağı istisna olunmur".