Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, iki günlük fasilə bu gecə başa çatıb və 1/4 finala start verilib.
Mərhələnin ilk oyununda Fransa və Almaniya milliləri qarşılaşıb. Fransızlar 1/8 finalda Nigeriyanı, almanlar Əlcəzairi mübarizədən kənarlaşdırıb. Oyunun taleyini bir qol həll edib. Mats Hummelsin 13-cü dəqiqədə vurduğu qol almanları yarımfinala daşıyıb.
Qeyd edək ki, bu gecə daha bir matç baş tutacaq. Bakı vaxtı ilə saat 01.00-da Braziliya - Kolumbiya matçına oyununa veriləcək.
DÇ-2014
1/4 final
4 iyul
Fransa - Almaniyav 0:1
Qol: Mats Hummels, 13.
Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Pablo Belatti (Argentina), Yonas Eriksson (İsveç).
Rio-de-Janeyro. "Marakana" stadionu.
Fanat.az