Almaniya yığması dünya çempionatında böyük uğura imza atıb. Fanat.az xəbər verir ki, Berti Foqtsun həmyerliləri ardıcıl 4-cü dəfə mundialın yarımfinalına çıxıb.
24 ildi kuboka həsrət qalan almanları Fransanı 1:0 hesabı ilə yenərək 16 ildə 4-cü dəfə yarımfinal həyacanı yaşamaq imkanı qazanıb.
Almaniya yığması yarımfinalda Braziliya ilə qarşılaşacaq. 2002-ci ildəki dünya çempionatının 1/2 finalında Cənubi Koreyanı 1:0 hesabı ilə yenərək finala çıxan almanlar həlledici matçda braziliyalılara yenilmişdilər - 0:1.
DÇ-2006-nın yarımfinalında İtaliyaya uduzan (0:2) Almaniya 4 il sonra eyni mərhələdə çempion İspaniyaya boyun əyib (0:1).
Fanat.az