21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Fanat.Az xəbər verir ki, B qrupunda yer alan U-21 8-ci turun oyununa çıxıb. Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda evdə Çexiya millisi ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib. Gənclər millisi bundan əvvəl qrupda Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə oyunlarda 5 xal toplayıb. U-21 bundan sonra səfərdə Şotlandiya (30 sentyabr) və evdə Cəbəllütariq (6 oktyabr) ilə qarşılaşacaq. AÇ-2027 B qrupu, 8-ci tur 25 sentyabr Azərbaycan (U-21) - Çexiya (U-21) 1:1 Qollar: E.Əhmədov, 45. - F.Lissah, 38. Baş hakim: Aaron Odoud (İrlandiya). Masazır. "Bank Respublik Arena".
AÇ-2027: Azərbaycan millisi Çexiya ilə heç-heçəyə razılaşdı
TREND
Oxşar xəbərlər
Azərbaycan futbolu
09:42
28.11.2026
Elvin Cəfərquliyev başladı... - "Qarabağ" sabahkı oyuna neçə itki ilə çıxacaq?
Azərbaycan futbolu
09:00
28.11.2026
"Sumqayıt"ın bu futbolçuları "Qarabağ"la səfər matçını kənardan izləyəcəklər
Azərbaycan futbolu
21:24
27.11.2026
- Yuri Vernidub
Azərbaycan futbolu
18:36
27.11.2026
"Rəqib yaxşı oynadı, biz isə..." - Ervins Perkons