Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq.
B Liqasının İ qrupunun IV turunun matçı Mərdəkanda baş tutacaq. Siyasət Əsgərovun yetirmələri dörd gün əvvəl 0:1 hesabı ilə uduzduğu rəqibdən məğlubiyyətin revanşını almaq əzmindədir.
Qeyd edək ki, 3 oyunda cəmi 1 xal toplayan milli qrup sonuncusudur.
AÇ-2025 B liqası, İ qrupu 4 iyun
19:00. Azərbaycan - Türkiyə Baş hakim: Nanna Löf Andersen (Danimarka) Mərdəkan. “Liv Bona Dea”