Yuri Syomin Azərbaycandan qorxur

Yuri Syomin Azərbaycandan qorxur
"Rusiya millisi qarşıdakı 2 oyunda - Lüksemburq və İsraillə görüşlərdə 6 xal qazanmağa məcburdu. Belfastdakı yenilgiyə baxmayaraq, komandanın qrupu birinci yerdə tamamlaması üçün əla şansı var. Hətta deyərdim ki, ilk pilləyə sahib olmaq üçün son 20 ildə bu cür gözəl şansımız olmayıb". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiya millisi seçmə mərhələdə millimizlə də qarşılaşacaq. Syominin fikrincə, şial qonşularımız üçün ən çətin oyun məhz Bakıdakı qarşılaşma olacaq: "Məncə, Rusiyanın ən çətin oyunu səfərdə Azərbaycana qarşı keçirəcəyi matç olacaq". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər