Yılmaz Vural: "Azərbaycanın təklifini dəyərləndirəcəm"

Yılmaz Vural: "Azərbaycanın təklifini dəyərləndirəcəm"
"Millət vəkili Adil Əliyev bir çox sənətçi və idman adamı ilə birlikdə məni Azərbaycandakı bir açılışa dəvət etdi. Adil Əliyev həm də məni AFFA-nın prezidenti ilə görüşdürmək istəyir. Tanışlıq zamanı transferdən söz düşər-düşməz, bilmirəm. Amma hazırda belə bir təklif yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri millimizin başına keçəcəyi deyilən Yılmaz Vural deyib.
"Dekabr ayında Berti Foqtsun yığmadan ayrılacağını və onların baş məşqçi axtarışında olduqlarını bilirəm. Ancaq dediyim kimi, hələlik bir təklif almamışam. Aldığım zaman əlbətdə bunu dəyərləndirəcəm", deyə mütəxəssis əlavə edib.
Vural Azərbaycanda futbolun inkişaf etdiyini bildirib: "Orda futbola böyük pullar qoyulur və infrastruktur qurulur. Belə bir çalışmanın içində yer almağı mən də istəyərəm. Öz ölkəmizin futboluna xeyir verə bilmirik, heç olmasa gedib bizimlə eyni duyğuları paylaşan bir ölkənin futboluna xidmət edək".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər