“Utrext”in müdafiəçisi Azərbaycanda oynaya bilər

“Utrext”in müdafiəçisi Azərbaycanda oynaya bilər

Hollandiyanın “Utrext” klubunun futbolçusu İsmo Vorstermans karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bunu 24 yaşlı mərkəz müdafiəçisinin özü açıqlayıb.O bildirib ki, Azərbaycan, CAR və Bolqarıstan klubları arasında seçim edir.Son illər digər holland klubu “Venlo”da icarədə olan İsmo bunu daha yüngül çempionatda oynamaq istəyi ilə izah edib: “Hollandiya çempionatında çıxış etmək mənim üçün çox çətindir. Bu üzdən də özümü ölkə xaricində sınamaq istəyindəyəm. Hazırda hansı varianta üstünlük verəcəyimlə bağlı götür-qoy edirəm”.

Qeyd edək ki, 2008-ci ildə “Ayaks”dan transfer olunan Vorstermans “Utrext”də 17 oyuna 3 qol vurub. 2012-ci ilin əvvəlindən “Venlo”da icarədə olan arxa xətt oyunçusu 26 qarşılaşmada daha 2 dəfə fərqlənib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər