Türkiyədə daha bir azərbaycanlı futbolçu

Türkiyədə daha bir azərbaycanlı futbolçu

Azərbaycan U-21 millisinin sabiq vitse-kapitanı, "Qarabağ", "Sumqayıt", "Rəvan" kimi komandalarda forma geyinmiş Emin Mustafayev bundan sonra karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az xəbər verir ki, həmyerlimiz bu ölkənin həvəkarlar liqası komandalarından olan “Karsspor”la razılığa gəlib.

 

Belə ki, bu klubun baş məşqçisi Haluk Seçkin Eminin oyununu görüb, bəyənib və onu komandasında görməkistədiyini bildirib. Hazırda Karsda olan Mustafayev yeni klubunun məşqlərində də iştirak edir və yaxın günlərdə onunla rəsmi müqavilə bağlayacaq.  Emin yeni klubunda 36 nömrəli formanı geyinəcək ki, 36 da Kars şəhərinin maşın seriyasıdır.

 

“Karspor” haqqında onu deyək ki, bu klubun hədəfi bu mövsüm III ligaya vəsiqə qazanmaqdı. 1995-ci ilə yaranan klubun prezidenti Muzafer Sangudur. Klubun şəxsi bazası və 5000 nəfər tutuma malik stadionu var.

rekord.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər