Türkiyənin PTT 1-ci liqasında XII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fəthiyəspor” və Fərid Quliyevin komandası “Kahramanmaraşspor” bu gün növbəti matçına çıxıb.
Futbolçularımızın komandaları bir-biri ilə üz-üzə gəlib. Matç 2:2 hesabı ilə başa çatıb. Hər iki futbolçumuzun adı "18-liy"ə salınsa da, onlar matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, “Kahramanmaraşspor” geridə qalan turlarda 6 xal toplayıb və hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Fəthiyəspor” isə 5 xalla sonuncu - 19-cudu.
Fanat.az