Türkiyədə Azərbaycan derbisi

Türkiyədə Azərbaycan derbisi
İstanbulda təşkil olunan qadın voleybolçular arasında beynəlxalq turnirdə Azərbaycanın iki təmsilçisi - "Azəryol" və "Azərreyl" meydana çıxıb. Fanat.az xəbər verir ki, təmsilçilərimiz Türkiyə və İtaliya klubları ilə qarşılaşıb.
Turnirin təşkilatçısı "Eczaçıbaşı" ilə üz-üzə gələn "Azərreyl" 1:3 hesabı ilə yenilib. "Azərreyl" isə "Modena"ya quru hesabla uduzub - 0:3.
Bu gün turnirin həlledici oyunları keçirilicək. Bakı vaxtı ilə saat 18.00-da başlayacaq üçüncü yer uğrunda oyunda "Azərreyl"lə "Azəryol" üz-üzə gələcək. Bundan iki saat sonra isə "Eczaçıbaşı" - "Modena" finalı keçiriləcək.
27 sentyabr
Eczacıbaşı (Türkiyə) - Azəryol (Azərbaycan) 3:1 (23:25; 25:18; 25:22; 25:15)
Modena (İtaliya) - Azərreyl (Azərbaycan) 3:0 (25:16; 25:22; 25:18)
28 sentyabr
18.00 3-cülük uğrunda oyun. Azərreyl - Azəryol
20.00 Final. Eczacıbaşı - Modena
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər