Toni Adams La Liqa klubuna baş məşqçi təyin edildi

Toni Adams La Liqa klubuna baş məşqçi təyin edildi

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İspaniya La Liqasında klub çalışdıracaq. Fanat.Az xəbər verir ki, ingilis mütəxəssis "Qranada"nın baş məşqçisi təyin edilib.

O, bu postda uğursuz çıxış səbəbindən istefaya göndərilən Lukas Alkarazı əvəzləyib. Bu günlərdə kluba idman direktoru təyin olunan Adams baş məşqçi postuna gətirilib.

Sabiq “Qəbələ”li “Qranada”nın cari mövsümdə 3-cü çalışdırıcısı olub. Mövsümə Pako Ximeneslə başlayan elita təmsilçisi ilk 7 turda cəmi 2 xal toplayınca, onunla yollarını ayırıb, Alkarazla anlaşmışdı. Adams isə mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək.

Toni Adams hazıda eyni zamanda “Qranada”nın çinli sahibi Yon Yiana məxsus DDMC şirkətinin də vitse-prezidentidi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər