Tino Livramento üçün nəhəng mübarizə

Tino Livramento üçün nəhəng mübarizə

"Nyukasl"ın müdafiəçisi Tino Livramento yay transfer pəncərəsinin ən çox axtarılan simalarından birinə çevrilib.

Fanat.Az xəbər verir ki, "Football Insider"in yaydığı məlumata görə, "Arsenal" və "Mançester Siti" gənc müdafiəçini heyətinə qatmaq üçün yarışda liderlik edirlər.

Hazırda "Nyukasl" futbolçu ilə yeni müqavilə imzalamaqda çətinlik çəkir. Klub hər nə qədər onu komandada saxlamaq istəsə də, Avrokuboklardan kənarda qalmaq ehtimalı Livramentonun 70 milyon funt-sterlinq qarşılığında satışını qaçınılmaz edə bilər.

Bu vəziyyət istedadlı oyunçunu transfer bazarının əsas hədəflərindən birinə çevirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər