Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) Uruqvay millisinin və "Barselona"nın hücumçusu Luis Suaresin apelyasiyasını qismən təmin edə bilər. Fanat.az "Goal.com"a istinadən xəbər verir ki, 4 aylıq cəza müddəti yalnız milli komandaya şamil edilə bilər. Belədə, Suares İspaniya çempionatında artıq ilk turdan debüt edə bilər.
Qeyd edək ki, İtaliya millisinin nüdafiəçisi Corco Kyellinini dişlədiyinə görə Luis Suaresin FİFA tərəfindən milli komandada 9 oyunluq cəzaya məruz qalmaqla yanaşı, futbol sahəsinin istənilən növündə fəaliyyət göstərməsinə də 4 aylıq qadağa qoyulub.
Fanat.az