“Şərurspor” çempionatdan çıxarıldı, "Səbail" texniki məğlubiyyət aldı

“Şərurspor” çempionatdan çıxarıldı, "Səbail" texniki məğlubiyyət aldı

AFFA 3 kluba texniki məğlubiyyət verib. Fanat.Az xəbər verir ki, bunlardan biri çempionatdan çıxarılıb.

U-19 liqasında çıxış edən “Şərurspor” "Zirə" ilə matçda iştirak etməyib və onlara 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrar olunduğu üçün klub yarışlardan kənarlaşdırılıb.

Qeyd edək ki, "Şərurspor"un əsas komandası oyun alverinə görə UEFA-nın tələbi ilə I diviziondan çıxarılıb.

U-17 liqasının “İnter” - “Səbail” matçında “Səbail”in futbolçusu Xəzər Mahmudov oyunu buraxmalı olduğu halda meydana çıxıb. Bu hal klubun 0:3 hesablı texniki məğlubiyyət almasına səbəb olub.

U-15 liqasında isə "Şəmkir" "Qəbələ" ilə oyuna çıxmadığından 0:3 hesablı texniki məğlubiyyət verilib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər