Sercan Kaya: "Azərbaycan millisinin təklifini qəbul etmədim"

Sercan Kaya: "Azərbaycan millisinin təklifini qəbul etmədim"
"Azərbaycan yığması ilə danışıqlarımız oldu. Rəsmi danışıqlardan sonra düşünmək üçün zaman istədim. Ötən ay məni yığmanın toplanışına dəvət etdilər. Amma təklifi qəbul etməmək qərarı verdim". Fanat.az xəbər verir ki, bu sözləri Türkiyənin "Çaykur Rizəspor" klubunun futbolçusu Sercan Kaya deyib.
Azərbaycan əsilli futbolçu milli komandamızda oynamayacağını bildirib: "Azərbaycan milli komandası dəftəri mənim üçün qapandı. Bugünkü performansımı davam etdirə bilsəm, Türkiyə millisinin formasını geyinəcəyimi düşünürəm. Hər futbolçu millidə çıxış etmək istəyir. Mənim də hədəfim Türkiyə yığmasının formasını geyinməkdi".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər