Sercan Kaya: “Azərbaycan millisindən təklif almışam”

Sercan Kaya: “Azərbaycan millisindən təklif almışam”

Türkiyənin “Çaykur Rizəspor” klubunun futbolçusu Sercan Kaya milli komandamızdan təklif alıb. Fanat.az “NTV-Spor”a istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

25 yaşlı yarımmüdafiəçi millimizə dəvət olunduğunu deyib: “Azərbaycan A milli komandasından mənə təklif gəldi. Bir neçə nəfər əlaqə saxlayıb “Azərbaycan millisində forma geyinərsən” dedi. Komandaya dəvət edildim. Bununla bağlı hələ cavab verməmişəm. Mənim üçün xeyirlisi nədisə, o olsun”.

Qeyd edək ki, Sercan Kaya 1988-ci ilin 15 martında İzmirdə dünyaya gəlib. Futbolun sirrlərini “Bucaspor”da öyrənən yarımmüdafiəçi 2007-2011-ci illərdə bu komandanın əsas heyətində çıxış edib (52 oyun, 7 qol). 2011-2013-cü illərdə “Trabzonspor”da 2 oyun keçirən Kaya ötən mövsümün ilk yarısında icarə əsasında “1461 Trabzon”da çıxış edib (18 oyun, 8 qol) və daha sonra “Çaykur Rizespor”a transfer olunub (14 oyun, 3 qol). Sercan 2008-ci ildə Türkiyənin U-20 yığmasında 2 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər