“Səbail” iranlı futbolçu ilə müqavilə bağlayacaq

“Səbail” iranlı futbolçu ilə müqavilə bağlayacaq

Azərbaycan Premyer Liqasında 2017/2018 futbol mövsümündə mübarizə aparacaq “Səbail” komandası heyətinə əcnəbi futbolçu cəlb edib.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu, iranlı qapıçı Əmirhüseyn Nəcəfidir. Onunla yaxın günlərdə müqavilə bağlanılacağı gözlənilir.

1.88 sm boya malik 21 yaşlı qapıçı İranın “İstiqlal” klubunun yetirməsidir. O, son olaraq vətənində “Sardar Bukan”ın formasını geyinib.

Qeyd edək ki, Əmirhüseyn Nəcəfinin “Səbail”ə keçidi rəsmiləşəcəyi halda, o, klubun tarixinə üçüncü əcnəbi futbolçu kimi düşəcək. Paytaxt təmsilçisi daha əvvəl türkmənistanlı Elman Taqayev və qvineya-bisaulu Maudo Jarjueni transfer edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər