Sarsaniya Azərbaycan – Rusiya oyunundan ehtiyatlanır

Sarsaniya Azərbaycan – Rusiya oyunundan ehtiyatlanır

“Zenit”in sabiq idman direktoru və prezident məsləhətçisi Konstantin Sarsaniya Rusiyanın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlardan danışıb.

Fanat.az xəbər verir ki, bir vaxtlar Litva “Atlantas”ını da çalışdırmış Sarsaniya yığmamızla Bakıdakı matçdan ehtiyatlandığını gizlətməyib: “İsraillə görüşdə qələbəni təmin etmək asan tapşırıq deyil. Bizi gərgin 90 dəqiqə gözləyir. Ümumiyyətlə, ev oyunlarından çox səfər matçlarından ehtiyatlanıram. Lüksemburq “doğma divarlar arası”nda çoxlarının başını ağrıdıb. Azərbaycanla matç isə bizim üçün xüsusi önəm daşıyır. Postsovet ölkələrindən olan futbolçular Rusiya ilə oyunlara ikiqat həvəslə köklənir. Hələ Rusiyada bu rəqiblə keçirdiyimiz görüşdə ortaya yetərincə ciddi problemlər çıxmışdı. Azərbaycandakı matçda belə problemlərin daha çox olacağını istisna etmirəm. Ona görə də mən qrup liderliyini vaxtından əvvəl təmin edəcəyimizi düşünmürəm. Böyük ehtimalla, hər şey son tura qalacaq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər