Rusiya klubunun serb forvardı "Sumqayıt"da? - SON DURUM

Rusiya klubunun serb forvardı "Sumqayıt"da? - SON DURUM

"Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliçin sərəncamında görmək istədiyi həmyerlisi Oqnen Ojeqoviçin Azərbaycan klubuna keçmək ehtimalı azdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, serbiyalı mütəxəssis bu yöndə rəhbərliklə müzakirələr aparsa da, hücumçunun tələb etdiyi maaş vəziyyəti mürəkkəbləşdirir.

İliçin 2024-cü ilin yayında sabiq komandasına - Rusiyanın Premyer Liqa təmsilçilərindən olan "Pari NN"ə dəvət etdiyi Oqnenin yalnız daha yaxşı təklif almayacağı təqdirdə, "kimyaçılar"a qoşulması mümkündür.

Xatırladaq ki, "Pari NN"də 19 matça çıxaraq 2 qol və 1 ötürmə ilə yadda qalan forvard bu ilin yanvarında "Sakaryaspor"a (Türkiyə) icarəyə verilib. 1-ci Liqa komandasında 10 oyuna 6 qola imza atan 31 yaşlı ön xətt oyunçusu son 3 ayın maaşını ala bilmədiyi üçün "Sakaryaspor"dan FİFA-ya şikayət edib. Onun "Pari NN" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər