Rəşad Sadiqov: "Azarkeşlər bilsinlər ki..."

Rəşad Sadiqov: "Azarkeşlər bilsinlər ki..."
"Həftəsonu "Qarabağ"la vacib oyuna çıxacağıq. Bu iki komandanın indiyə kimi keçirilmiş bütün Azərbaycan çempionatlarında çıxış etməsi çox şeydən xəbər verir. Bu komandalar arasındakı matçlar hər zaman böyük maraq doğurub". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəşad Sadiqov deyib.
Kapitan sabiq komandası "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib: "Ötən mövsümdə rəqib çempionluq yolunda sona kimi mübarizə aparsa da, həlledici anda biz güclü olduğumuzu sübut etdik. Artıq azarkeşlər də "Neftçi" - "Qarabağ" oyununa "Avropa derbisi" adı qoyub. Məncə də bu qarşılaşma avrokubokların pley-off, yaxud qrup oyunlarından heç nəyi ilə geri qalmır. Azarkeşlər bilsinlər ki, bizim uğurumuz onların dəstəyindən də asılıdı".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər