"Milli komandaya çağırılmaq gözəl duyğudu. Buna görə üçün xoşbəxtəm". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamıza dəvət alan Taşkın İlter deyib.
Estoniya və Qırğızıstanla keçiriləcək yoldaşlıq oyunlarından öncə təşkil olunan açıq məşqdə jurnalistlərin suallırın cavablandıran Braunşveyq "Ayntraxt" U-23 komandasının üzvü Berti Foqtsdan dəvət gözləmədiyini bildirib: "Sarı vərəqə limitini doldurduğumdan U-21-in heyətində Makedoniyaya qarşı oynaya bilməyəcəkdim. Amma əsas komandadan dəvət gələcəyini gözləmirdim".
İlter "Ayntraxt"ın U-23 komandasının son oyunlarında meydana çıxmamasının səbəbi barədə danışıb: "Ayntraxt"ın U-23 komandasına U-19-dan yeni çıxmışam. Orda yeniyəm. Ona görə də əsas komandadan U-23-ə futbolçu göndərilən zaman bəzən ehtiyatda qalmalı oluram. İnşallah, gələcək oyunlarda meydana çıxacağam".
Taşkın ailəsi ilə bağlı da danışıb: "Biz İğdırlıyıq. Türkiyədə bizə azərbaycanlı deyirlər. Atam və anam da Azərbaycan dilində bir az danışa bilir".
Fanat.az