Yeni mövsümdən İspaniya La Liqasında oynayacaq ikinci klub da müəyyənləşib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, Xixon "Sportinq"idir. İspaniya ikinci liqasında 2014/2015 mövsümünü ikinci pillədə başa vuran komanda yüksək liqada oynamağa vəsiqə qazanıb.
Qeyd edək ki, bundan əvvəl "Betis" La Liqada oynamağı təmin edib.
Fanat.az