"Səbail"in zədəliləri məşqlərə başladı

"Səbail"in zədəliləri məşqlərə başladı

"Səbail"in müdafiəçiləri Qvanzav Maqomedov və Eltun Yaqublu artıq zədələrini sağaldırlar.

 

Fanat.Az xəbər verir ki, I divizionun 14-cü turda "Mil-Muğan" matçının ikinci hissəsində zədələnən Qvanzav Maqomedov və 17-ci tur qarşılaşmasında "Göyəzən"lə oyunöncəsi məşqlərin birində sıradan çıxan Eltun Yaqublu bərpa prosesini başa vurublar. 

"Aslanlar" aprelin 1-dən etibarən yüngül məşqlərə start veriblər.

 

Onların aprelin 14-ü "Zaqatala" ilə səfər qarşılaşmasında meydana çıxıb-çıxmayacaqları hələ ki dəqiq bilinmir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər