"Səbail" yenə Türkiyədə qələbəyə həsrət qaldı

"Səbail" yenə Türkiyədə qələbəyə həsrət qaldı

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" sonuncu yoxlama oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, Samir Əliyevin komandası Səudiyyə Ərəbistanının "Əl-Raed" klubu ilə qarşılaşıb.  "Səbail" 1:2 hesabı ilə uduzub. Bayıl təmsilçisinin yeganə qolunu Amit Quluzadə vurub.

 

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq", Özbəkistanın "Paxtakor" klublarına eyni hesabla (1:4) uduzub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər