"Səbail" uduzdu, "Turan" darmadağın etdi

"Səbail" uduzdu, "Turan" darmadağın etdi

I divizionda XX tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Lider "Turan Tovuz" evdə "Bakılı"nı darmadağın edib - 3:0. İkinci pillədə qərarlaşan "Səbail" "Ağsu" ilə səfər matçında xal itirib - 2:3. "Mil-Muğan" rəqib meydanında "Şəmkir"ə qalib gəlib - 2:0.

Daha bir matç isə İntizam Komitəsinin qərarına əsasən baş tutmayıb. Yarışdan kənarlaşdırılan “Rəvan”a “Qaradağ Lökbatan”la matçda 0:3 hesablı texniki məğlubiyyət verilib. Sabah isə eyni səbəbdən "Şərurspor"la oyuna görə "Energetik"ə 3:0 hesablı texniki qələbə veriləcək.

Qeyd edək ki, turun qalan iki oyunu sabah baş tutacaq.

I divizion

2016/17 mövsümü

II dövrə, XX tur

16 mart

Turan Tovuz - Bakılı 3:0

Qollar: Rəhman Musayev, 31. Aqşin Muxtaroğlu, 34. Eltay Tağıyev, 68.

Şəmkir - Mil-Muğan 0:2

Qollar: Samir Babayev, 27-pen. Raul Yaqubzadə, 54.

Rəvan - Qaradağ Lökbatan 0:3

Ağsu - Səbail 3:2

Qollar: Elnur Səmədov, 2. Adil Tağıyev, 65. İsa Cəbiyev, 85 - Mirzağa Hüseynpur, 21. Fərid Səmədzadə, 27.

1. Turan Tovuz20154153-749

2. Səbail20132561-2341

3. Qaradağ Lökbatan20131647-2240

4. Ağsu20123548-1939

5. Zaqatala19122556-2338

6. Şəmkir20121732-1837

7. Mil-Muğan2094729-2331

8. MOİK1985638-2129

9. Şərurspor1974836-3325

10. Şahdağ1845921-3517

11. Rəvan20611324-5210

12. Energetik19231415-729

13. Göyəzən19141413-717

14. Bakılı19211621-757

Bombardirlər: Oruc Balaşlı (Zaqatala) - 23. Rəhman Musayev (Turan Tovuz) - 19. Bayram Budaqov (Səbail) - 16.

Qeyd edək ki, FİFA tələbinə əsasən "Rəvan"ın cari mövsümdəki aktivindən 9 xal silinib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər