"Səbail" neçə futbolçuyla başlayacaq?- AÇIQLAMA

"Səbail" neçə futbolçuyla başlayacaq?- AÇIQLAMA

"Səbail" sabahdan təlim-məşq toplanışına başlayacaq. Bu haqda Fanat.Az-a Premyer Liqanın debütantının baş məşqçisi Samir Əliyev məlumat verib:

"Hazırlığa 17 futbolçuyla başlayacağıq. İyulun 6-na qədər "Dalğa Arena"da məşq edəcəyik. Türkiyəyə yollananadək müqavilə bağladığımız oyunçuların sayı arta bilər. Çünki baxışa gələnlər də olacaq".

Qeyd edək ki, "Səbail" 10-27 iyul aralığında Türkiyədə - Kocaelinin Kartepe qəsəbəsində 2017/18 mövsümünə hazırlaşacaq.

Fanat.Az   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər