"Səbail" ölkə xaricində hazırlaşacaq

"Səbail" ölkə xaricində hazırlaşacaq

Premyer Liqanın debütantı "Səbail" transfer çalışmalarını davam etdirir. Fanat.Az-a verilən məlumata görə iyun ayınadək klubda rəsmi müqavilə olmayacaq.

Buna rəğmən, artıq 7-8 futbolçuyla şifahi razılığa gələn Bakı təmsilçisi çempionata ciddi hazırlaşmaqda qərarlıdı. Paytaxt klubu 2017/18 mövsümü üçün ölkə xaricində təlim-məşq toplanışı keçirməyi planlaşdırır. Məkanın hara olacağı dəqiqləşməsə də, baş məşqçi Samir Əliyev və köməkçilərinin əsas heyəti ikimərhələli hazırlıq prosesindən sonra formalaşdıracağı bəllidi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər