"Səbail" 3 xalı 3 qolla qazandı

"Səbail" 3 xalı 3 qolla qazandı
I divizionda XVI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 1 qarışalmaş baş tutub.
Günün yeganə matçında "Şərurspor" "Mil-Muğan"ı qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İkinci oyun günündə daha 3 matç baş tutub və hər 3-də ev sahibləri qələbə qazanıb. "Turan Tovuz" doğma meydanda "Zaqatala"nı, "Rəvan" "Şəmkir"i 2:1, "Ağsu" MOİK-i 1:0 hesabı ilə yenib.
Üçüncü oyun günündə daha bir qarşılaşma baş tutub. Mingəçevirdə keçrilən "Energetik" - "Göyəzən" matçı 3:3 hesabı ilə başa çatıb.
Bu gün daha bir matç baş tutub və "Səbail" "Qaradağ Lökbatan"ı qəbul edib. Oyun "Səbail"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Şahdağ" - "Bakılı" oyunu isə hava şəraitinə görə təxirə salınıb. Qarşılaşma martın 30-da baş tutacaq.
I divizion
2016/17 mövsümü
II dövrə, XVI tur
15 fevral
Şərurspor - Mil-Muğan 0:1
Qol: Samir Babayev, 27.
16 fevral
Turan Tovuz - Zaqatala 2:1
Qollar: Rəhman Musayev, 14-pen. İlkin Sadıqov, 88 - Emin Mehtiyev, 56.
Rəvan - Şəmkir 2:1
Qollar: Məhəmməd Alıyev, 24-pen; 82 - Qeyrət Qənbərov, 38-pen.
Ağsu - MOİK 1:0
Qol: Elnur Səmədov, 63.
17 fevral
Energetik - Göyəzən 3:3
Qollar: Samir Əliyev, 31. Elməddin Cəfərov, 37. Nicat Əhmədov, 43 - Orxan İsmayılov, 53; 69; 78-pen.
18 fevral
Səbail - Qaradağ Lökbatan 3:1
Qollar: Eltun Yaqublu, 25. Bayram Budaqov, 50. Orxan Qurbanlı, 60 - Sabir Allahquliyev, 62.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Turan T

15

11

3

1

36:6

36

2

Zaqatala

15

10

1

4

48:19

31

3

Səbail

15

10

1

4

48:20

31

4

Şəmkir

15

9

1

5

23:13

28

5

Ağsu

15

8

3

4

29:14

27

6

Mil-Muğan

15

7

4

4

23:19

25

7

Qaradağ L

15

8

1

6

32:19

25

8

Şərurspor

15

7

3

5

31:21

24

9

MOİK

15

6

3

6

32:20

21

10

Şahdağ

14

4

3

7

19:29

15

11

Energetik

15

2

3

10

14:56

9

12

Bakılı

14

2

1

11

19:52

7

13

Göyəzən

15

1

3

11

10:51

6

14

Rəvan

15

4

0

11

16:41

3

 Bombardirlər

Oruc Balaşlı (Zaqatala) - 20.

Qeyd:

FIFA tələbinə əsasən "Rəvan"ın cari mövsümdəki aktivliyindən 9 xal silinib.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər