"Real"ın sabiq çalışdırıcısı Azərbaycandan getdi

"Real"ın sabiq çalışdırıcısı Azərbaycandan getdi

Con Toşak “Xəzər Lənkəran”ın baş məşqçisi vəzifəsindən istefa verib. Fanat.az xəbər verir ki, Topaz Premyer liqasının 14-cü turu çərçivəsində “Bakı”ya 0:3 hesablı məğlubiyyətdən sonra təşkil edilmiş klubdaxili toplantıda Toşak istefasını açıqlayıb.

 

Uelsli mütəxəssis klubda işlədiyi müddətdə ona yaradılmış şərtlərdən razılığını dilə gətirib. Komandanın uğursuz çıxışını isə öz boynuna götürüb. “Xəzər Lənkəran”ın sükanı arxasında müvəqqəti olaraq Covanni Melkiorenin rəhbərliyi altında məşqçi qərargahı dayanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər